İran ordusunun Zəngilanda gizli tuneli üzə çıxdı - SİLAH DAŞINIRMIŞ - FOTO

İran ordusunun Zəngilanda gizli tuneli üzə çıxdı - SİLAH DAŞINIRMIŞ - FOTO

Hazırda oxunan: İran ordusunun Zəngilanda gizli tuneli üzə çıxdı - SİLAH DAŞINIRMIŞ - FOTO

40676

İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) işğaldan azad olunmuş Qarabağ ərazisində gizli tunelləri aşkarlanıb. 

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə sosial media fəalı Elmira Musazadə Tvitter hesabında yazıb:

“Bu tunel, sənədli film çəkilərkən işğaldan azad edilən Zəngilanda üzə çıxıb. Tunel minalarla dolu idi və Azərbaycan hərbçiləri tərəfindən təmizlənib. Qorxuram ki, çoxlu mina və partlayıcı tələ hələ qalsın və mütəxəssislərin gözündən yayınsın”.

SEPAH-ın sözügedən tuneldən silah, narkotik maddələrin daşınması və PKK yaraqlılarının hərəkəti üçün istifadə etdiyi ehtimal edilir. 

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi başlamazdan az öncə İrandan Ermənistanın işğal etdiyi Qarabağ ərazisinə gedən ən azı üç qanunsuz körpü və bir sıra tunellərin olduğu ortaya çıxmışdı.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO