Çavuşoğlundan Emmanuel Makrona SƏRT SÖZLƏR

Çavuşoğlundan Emmanuel Makrona SƏRT SÖZLƏR

Hazırda oxunan: Çavuşoğlundan Emmanuel Makrona SƏRT SÖZLƏR
40626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tarixində müstəmləkəçilik kimi qara ləkəsi olmayan Türkiyəni bu mübahisələrin içinə çəkməsi son dərəcə yanlışdır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Əl-cəzairlə bağlı ölkəsini ittiham etməsinə cavab olaraq deyib.

“Son zamanlar Fransanın öz müstəmləkəçilik tarixi ilə üzləşməyə çalışdığını görürük və bunu müsbət qarşıladığımızı daha əvvəl də ifadə etmişdik. Ancaq son vaxtlar tarixi mövzularda yanlış şərh və yayındırmalar müşahidə edilir.
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Mövlud Çavuşoğlu 


Bu məsələdə Fransanın nə qədər səmimi olduğuna dair suallar artmağa başlayıb. Xüsusən tarixində belə bir ləkəsi olmayan Türkiyəni də bu mübahisələrin içində çəkməyə çalışması yanlışdır”, - Çavuşoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, Makronun yanaşması ölkəsindəki seçkiqabağı vəziyyətlə əlaqədardır:
 

“Halbuki nə Fransada, nə də başqa ölkələrdə belə ucuz yanaşmalar seçkilərdə fayda verir. Ona görə də belə populist yanaşmalar əvəzinə, öz xalqının etibarını qazanmaq üçün addımlar atmalıdır.


Makronun bizimlə bağlı deyəcək sözü varsa, arxamızdan deyil, birbaşa üzümüzə söyləməsinə üstünlük veririk”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO