5G uğrunda qırğın başladı - Lisenziya nə vaxt VERİLƏCƏK? 

5G uğrunda qırğın başladı - Lisenziya nə vaxt VERİLƏCƏK? 

Hazırda oxunan: 5G uğrunda qırğın başladı - Lisenziya nə vaxt VERİLƏCƏK? 

36237

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarının müvafiq lisenziyalarının (2G, 3G və 4G) müddətini uzadıb. Bu özlüyündə müsbət bir addımdır. Operatorlar çoxdan bunu gözləyirdi. Amma deyəsən 5G yaddan çıxıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə qonşu və inkişaf etməkdə olan ölkələrdə əsas "vuruşma" 5G uğrunda, bu texnologiya üzrə tezliyin, eləcə də lisenziyanın əldə olunması uğrunda gedir:
 

MÖVZU İLƏ BAĞLI:

4-cü sənaye dövrü, qaçılmaz 5G – Ekspertdən AÇIQLAMA 


“İnvestisiyalar bu sahəyə yatırılır, testlər bu sahədə aparılır. Ümid edirəm tezliklə sektorda gözlənilən müstəqil tənzimləyici qurum yaranacaq və 5G lisenziyasını da məhz sektorda formalaşan yeni qurum verəcək.

Fikrimcə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin mobil rabitə və mobil internet xidmətlərinin keyfiyyətinə, əhali sayı az olan ərazilərdə mobil internetə əlçatanlığın təmin edilməsinə diqqətin artırması da çox vacibdir”, - deyə Osman Gündüz əalvə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO