Çox sayda azərbaycanlı Almaniyadan deportasiya ediləcək

Çox sayda azərbaycanlı Almaniyadan deportasiya ediləcək

Hazırda oxunan: Çox sayda azərbaycanlı Almaniyadan deportasiya ediləcək

28441

Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir.

Bizim.Media xəbər verir ki, ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.

Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır.

Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya ediləcək şəxsləri orada tapa bilməyiblər.

Məlumatda bildirilir ki, bu dəfə deportasiya ediləcək şəxslər 2016-2019-cu illərdə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər, indiyə kimi möhlət hüququ ilə yaşayanlar və ölkədə qalma müddəti bitən şəxslərdir.

Xatırladaq ki, cari il yanvar ayından indiyədək Almaniyada yaşayan Azərbaycan vətənaşlarının 6 dəfə kütləvi deportasiyası həyata keçirilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO