Paşinyan ordunu İrəvana çağırdı - İstefalar var

Paşinyan ordunu İrəvana çağırdı - İstefalar var

Hazırda oxunan: Paşinyan ordunu İrəvana çağırdı - İstefalar var

2745

"Cəbhədəki hərbçilərin videolarına baxdım, haqlısınız, sizi divar dibində ulayanlarla məsələni birdəfəlik həll etmək üçün Yeravanda gözləyirəm”.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu fkirləri Ermənistan Baş naziri Nikol Paşinyan dünən axşam feysbuk hesabında yazıb.

Baş nazir bu cür palyaşımla növbəti qalmaqalın əsasını qoyub.

Belə ki, onun bu fikirləri erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

Bəzi Ermənistan rəsmiləri hesab edir ki, Paşinyanın bu statusu cəmiyyəti vətəndaş müharibəsinə gətirib çıxara bilər. Paşinyanın fikirlərinə qarşı hökümətin reaksiyası da çox gecikməyib.

Paşinyanın müavini Varaq Siseryan istefa etdiyini və "Vətəndaş Müqaviləsi" partiyasını tərk etdiyini qeyd edib.

Vəkil Qayane Abrahamyan və deputat Taquhi Tovmasyan isə "Mənim Addımım" partiyasını tərk edəcəkləri ilə bağlı məlumat veriblər.

Ermənistan Ombudsmanı Arman Tatoyan sosial şəbəkə hesabında Paşinyanın açıqlamlarını pisləyib və bunun Ermənistanı daha pis vəziyyətə gətirəcəyini qeyd edib. Bu gün səhər saatlarında isə daha bir deputat Lusine Badayan "Mənim Addımım" partiyasından istefa verdi.

Bizim.Media

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO