Rusiyada terrorun qarşısı alındı – İŞİD-in bir üzvü öldürüldü, biri tutuldu - VİDEO

Rusiyada terrorun qarşısı alındı – İŞİD-in bir üzvü öldürüldü, biri tutuldu - VİDEO

Hazırda oxunan: Rusiyada terrorun qarşısı alındı – İŞİD-in bir üzvü öldürüldü, biri tutuldu - VİDEO

26959

Rusiya təhlükəsizlik qüvvələri Moskva şəhərində və Həştərxan vilayətində İŞİD terror təşkilatının üzvləri tərəfindən hazırlanan terror hücumlarının qarşısını alıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatına görə, həbs zamanı quldurlardan biri zərərsizləşdirilib. 

Bizim.Media xəbər verir ki, informasiya “RİA Novosti” agentliyində yer alıb. 

Mənbə bildirir ki, terror strukturun liderlərinin göstərişi ilə hərəkət edən iki Rusiya vətəndaşı Moskvanın və eyni zamanda Həştərxan vilayətinin sakinlərinə qarşı odlu və soyuq silahdan hücum etməyi planlaşdırıblar. 

Həştərxan vilayətində baş tutan əməliyyat zamanı cinayətkar silahlı müqavimət göstərdiyinə görə cavab atəşi ilə məhv edilib. 

Terror təşkilatının ikinci üzvü isə Moskvada sağ ələ keçirilib. Təhlükəsizlik işçiləri və mülki şəxslər arasında xəsarət alan olmayıb. 

Terrorçuların yaşayış yerlərində aparılan axtarışlar zamanı odlu silah, döyüş sursatları, F-1 əl qumbarası və dini ekstremist ədəbiyyat aşkar edilib. Terror təşkilatının fəaliyyətində iştirak faktına görə cinayət işləri başlanıb.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO