Universitetlər Qarabağa KÖÇÜRÜLƏCƏK? – Deputatdan AÇIQLAMA

Universitetlər Qarabağa KÖÇÜRÜLƏCƏK? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Universitetlər Qarabağa KÖÇÜRÜLƏCƏK? – Deputatdan AÇIQLAMA
267509
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad edilən ərazilərdə Böyük Qayıdış prosesi davam edir. Qarabağda yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması ilə yanaşı, təhsil müəssisələrinin yaradılması da diqqət mərkəzindədir. Bu baxımdan son günlər gündəmə gələn mövzulardan biri də ali təhsil müəssisələrinin Qarabağa köçürülməsi ideyasıdır. Sosial şəbəkələrdə və ekspertlər arasında tez-tez müzakirə olunan bu məsələ ictimaiyyətin marağına səbəb olub.

Universitetlərin Qarabağa köçürülməsi ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat Müşfiq Məmmədli bildirib ki, hazırda bütün universitetlərin Qarabağa köçürülməsi məqsədəuyğun hesab edilmir:

“Azad edilmiş ərazilərdə yeni həyatın qurulması Azərbaycan xalqının tarixində mühüm mərhələdir. Bu baxımdan təhsil sahəsində də mühüm nailiyyətlər olacaq. Universitetlərin Qarabağa köçürülməsi ilə bağlı təkliflər var. Amma düşünürəm ki, Böyük Qayıdışın mərhələləri başa çatdıqca, bu məsələni dəqiqləşdirib konkret addımlar atmaq daha doğru olar”.

Deputatın sözlərinə görə, ali məktəblərin bölgəyə tam şəkildə köçürülməsi üçün ilk növbədə müasir maddi-texniki baza, istehsalat təcrübə imkanları və praktik yönümlü təhsil modelinə uyğun şərait yaradılmalıdır:

“Hazırda Qarabağ Universitetinin fəaliyyəti kifayət qədər genişdir. Digər universitetlərin tam şəkildə bölgəyə köçürülməsi indiki mərhələdə məqsədəuyğun deyil. Amma zamanla bu ideyanın reallaşması mümkündür”,- deyə o bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO