Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

Hazırda oxunan: Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

265510

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlar səbəbindən başsağlığı verib

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib.
 

"Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir.


Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Pakistanın şimal-qərbində leysan yağış böyük dağıntılara səbəb olub.

Baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı ən azı 220 nəfərə çatıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO