“Qırmızı Körpü” gömrük postunda nə baş VERİR? – FOTO

“Qırmızı Körpü” gömrük postunda nə baş VERİR? – FOTO

Hazırda oxunan: “Qırmızı Körpü” gömrük postunda nə baş VERİR? – FOTO

265406

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 54, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 95 yük maşını var.

Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 165-dir. Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobillərin sayı 2-dir.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO