"Qarabağ" sabiq futbolçusunu geri qaytarır

"Qarabağ" sabiq futbolçusunu geri qaytarır

Hazırda oxunan: "Qarabağ" sabiq futbolçusunu geri qaytarır

265143

"Qarabağ" Macarıstanın "Ferentsvaroş" klubundan ayrılan sabiq futbolçusu Ovusu Kvabenanı komandaya qaytaracaq.

Bizim.Media "Transfermarkt" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2023-cü ilin iyununda klubu tərk edən qanalı hücumçunu azad agent kimi heyətinə cəlb etmək üçün danışıqlar aparır.

Bir neçə gün əvvəl başlayan danışıqların artıq müqavilənin razılaşdırılması ilə nəticələndiyi bildirilir. Razılaşmaya əsasən, Kvabena ilə ikiillik sözləşmə imzalanacaq.

Mərkəz hücumçusu ötən mövsüm icarə əsasında Türkiyənin "Ankaragücü" klubunda çıxış edib. O, iştirak etdiyi 16 oyunda 9 qol müəllifi olub.

Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə "Qarabağ"ın futbolçusu olub.

"Transfermarkt" onun bazar dəyərini 400 000 avro olaraq qiymətləndirir.

"Qarabağ" və "Ferentsvaroş" UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəklər. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci matç isə avqustun 27-də Bakıda təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO