Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

Hazırda oxunan: Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

264461

Türkiyənin Çanaqqala bölgəsində üumilikdə 12 kənd yanğından zərər görüb.

Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
 

Rəsmi nümayəndələrin verdiyi məlumata görə, zərər çəkən kəndlərin 7-sindən insanlar təxliyə edilib. Ümumilikdə 770 vətəndaş başqa yerə köçürülüb.


5-i Çanaqqala mərkəzində, 28-i isə Bayramiçdə olmaqla ümumilikdə 33 ev ağır zərər görüb.
 

İnsan itkisi olmayıb. 98 nəfər yanğından təsirlənib, onlardan 2-si xəstəxanada müalicə alır, digərləri isə ilkin tibbi yardımdan sonra evlərinə buraxılıb.


Kənd Təsərrüfatı və Meşə İdarəsinin ilkin müəyyənləşdirməsinə görə, 203 xırdabuynuzlu heyvan və 246 arı pətəyi tələf olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO