22 yaşlı hamilə qadın itkin düşüb - VİDEO

22 yaşlı hamilə qadın itkin düşüb - VİDEO

Hazırda oxunan: 22 yaşlı hamilə qadın itkin düşüb - VİDEO
263931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidə 22 yaşlı Səbinə Davudova avqustun 3-dən etibarən itkin düşüb.

Bizim.Media xəbər verir ki, gənc qadının atası Şəki rayonu Baş Layısqı kənd sakini Elçin Aydəmirov Baku TV-yə açıqlamasında qızının 5 il əvvəl qonşu Baş Göynük kəndinə gəlin köçdüyünü və 4 yaşlı oğlu olduğunu bildirib.

“15 gün bundan qabaq toyda olmuşuq. Qızımı orada gördüm, vəziyyəti heç xoşuma gəlmədi. Yeznəm 4 gün əvvəl zəng edib dedi ki, qızınız evdən qaçıb. Polislər gəldilər, evə baxış keçirdilər. Qızım sakit, tərbiyəli uşaq olub. Xahiş edirəm köməklik edin, qızımın ölüsü- dirisi tapılsın. Qızım ona zülm verilib-verilmədiyi ilə bağlı mənə şikayət etməyib. Ona özüm baxmışam, anası vəfat edib”, - deyə E.Aydəmirov söyləyib.

Səbinənin qohumu Nazlı Musayeva isə qeyd edib ki, o, evi tərk edəndə, guya, məktub yazıb ki, “sizə nifrət edirəm, məni axtarmayın”:

“Telefonunu özü ilə aparmayıb. Polis işçiləri telefonu yoxlayıblar, təmiz çıxıb. Qızımız pis idisə, onu geri qaytarardılar. Biz onun ölüsünü, dirisini həmin insanlardan istəyirik. Bütün nəsil-kök ayağa qalxmışıq. Onun yetimliyindən istifadə edib hər şey edə bilərlər”.

İtkin düşən S.Davudovanın ailə üzvləri onun hamilə olduğunu da bildirib.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO