Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində məişət texnikası və avadanlıqları mağazasında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 209 kvadratmetr olan mağazanın 5 kvadratmetr taxta vitrin hissəsi yanıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:02 / 07.08.2025
Naxçıvan şəhərində mağaza yandı - FOTO
Hazırda oxunan: Naxçıvan şəhərində mağaza yandı - FOTO
Hazırda oxunan: Naxçıvan şəhərində mağaza yandı - FOTO
263927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.