Putin: “Trampla şəxsən görüşmək istəyirəm”

Putin: “Trampla şəxsən görüşmək istəyirəm”

Hazırda oxunan: Putin: “Trampla şəxsən görüşmək istəyirəm”

263816

ABŞ-Rusiya-Ukrayna üçbucağında diplomatik təlatümlər yeni mərhələyə qədəm qoyub.

Bizim.Media xəbər verir ki, FOX News telekanalının yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffla keçirdiyi görüşdə açıq şəkildə bildirib ki, “Trampla şəxsən görüşmək istəyirəm”.

Bu bəyanat, Vaşinqtonda artan diplomatik aktivliyin və Tramp administrasiyasının Rusiya ilə əlaqələri normallaşdırmaq üçün irəlilədiyinin bariz sübutudur.
 

Putinin Trampa birbaşa görüş təklif etməsi, onun artıq ABŞ vasitəçiliyini qəbul etməyə başladığını, bu formatı prioritet saydığını, Moskvanın Vaşinqtonu danışıqlar masasında əsas oyunçu kimi tanımağa meylləndiyini göstərir.


Bütün bu inkişaflar fonunda gözlər indi Tramp, Putin və Zelenski arasında baş tutacaq üçtərəfli görüşün konkret tarixinə və nəticələrinə yönəlib. Əgər bu liderlər arasında real anlaşma əldə olunarsa, bu, yalnız Şərqi Avropa üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik nizamı üçün dönüş nöqtəsi ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO