SON DƏQİQƏ! Rusiya Azərbaycan qazını Ukraynaya ötürən stansiyanı VURDU

SON DƏQİQƏ! Rusiya Azərbaycan qazını Ukraynaya ötürən stansiyanı VURDU

Hazırda oxunan: SON DƏQİQƏ! Rusiya Azərbaycan qazını Ukraynaya ötürən stansiyanı VURDU

263709

Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasına məqsədyönlü şəkildə hücum edib. Məlumata görə, stansiya Rusiya tərəfindən dron hücumuna məruz qalıb.


Bu infrastruktur vasitəsilə Amerika maye təbii qazı (LNG) və test həcmlərində Azərbaycan qazı nəql olunurdu.

Xatırladaq ki, ötən həftə Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO