Ukraynadan Krımdakı Rusiya aerodromuna HÜCUM – 5 təyyarə VURULDU – VİDEO

Ukraynadan Krımdakı Rusiya aerodromuna HÜCUM – 5 təyyarə VURULDU – VİDEO

Hazırda oxunan: Ukraynadan Krımdakı Rusiya aerodromuna HÜCUM – 5 təyyarə VURULDU – VİDEO
263324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xüsusi təyinatlı dəstəsi – Mərkəzi Xüsusi Əməliyyatlar Qrupu bu gecə Krımda yerləşən Rusiya Silahlı Qüvvələrinə məxsus strateji aviabazaya hücum təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə SBU məlumat yayıb.
 

Belə ki, Avqustun 4-nə keçən gecə SBU-nun pilotsuz uçuş aparatları vasitəsilə Rusiya ordusunun Qara dənizdəki fəaliyyətləri üçün əsas rol oynayan “Saki” hərbi aerodromuna zərbə endirilib.


Məlumata görə, hücum nəticəsində aviabazadakı aviasiya silahlarının anbarı və beş hərbi təyyarə vurulub.

Bir ədəd Su-30SM qırıcı təyyarəsi tamamilə məhv edilib, eyni tipli digər bir təyyarə isə zədələnib. Bundan əlavə, üç ədəd Su-24 bombardmançısı da yanğından zərər görüb.

Qiymətləndirmələrə görə, bir Su-30SM təyyarəsinin dəyəri 35-50 milyon dollar arasında dəyişir. Bu isə Rusiya tərəfinin xeyli maliyyə itkiləri ilə üzləşdiyini göstərir.

SBU bu əməliyyatı Rusiya hərbi aviasiyasının döyüş qabiliyyətini zəiflətmək istiqamətində daha bir uğurlu addım kimi qiymətləndirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO