Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə GƏTİRİLDİ

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə GƏTİRİLDİ

Hazırda oxunan: Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə GƏTİRİLDİ
262520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın Baş Prokurorluğu Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul edib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
 

Məlumata görə, Suraxanı rayon polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.


Elnur Süleymanov Gürcüstanda saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO