“Müharibədən ABŞ-a qaçan ukraynalıların münaqişə bitənə qədər ölkədə qalmasına icazə verəcəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
"Ölkəmizdə Ukraynadan gələn çoxlu insan var. Biz onlarla işləyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-da Ukraynadan qaçan on minlərlə ukraynalı qaçqın yerləşdirilib.
2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ hökuməti "Uniting for Ukraine" (U4U) adlı xüsusi proqram təqdim edib. Bu proqram çərçivəsində ukraynalı qaçqınlara 2 il müddətinə ölkədə yaşamaq və işləmək icazəsi verilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:33 / 30.07.2025
Trampdan ABŞ-a gələn ukraynalı qaçqınlara böyük JEST: “Müharibə bitənədək…” – VİDEO
Hazırda oxunan: Trampdan ABŞ-a gələn ukraynalı qaçqınlara böyük JEST: “Müharibə bitənədək…” – VİDEO
Hazırda oxunan: Trampdan ABŞ-a gələn ukraynalı qaçqınlara böyük JEST: “Müharibə bitənədək…” – VİDEO
262400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.