Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Hazırda oxunan: Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

262344

Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu saxtakarlığa təhrik edərək, məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb edib.

Bizim.Media xəbər verir ki, idialarla bağlı müəllim müdir əvəzinin səs yazısını da "Xəzər Xəbər"ə təqdim edib.

Şəbnəm İsayevanın sözlərinə görə, o, Emin Orucovun tələbini yerinə yetirməyib. Elə bu səbəbdən onların arasında problem yaşanıb.

Şəbnəm İsayeva iddia edir ki, deyilənləri etmədiyinə görə ona şidətli töhmət verilib.

Məsələyə aydınlıq gətirmək üçün Yuxarı Şilyan kənd tam orta məktəbinin drektoru, eyni zamanda bağça və körpələr evinin müdir əvəzi Emin Orucovla əlaqə saxladıq.

Suallarımızı dinlədikdən sonra bu məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.
 

Mərkəzi Aran Regional Təhsil İdarəsinədən Xəzər Xəbər”ə bildirildi ki,Ucar rayonu, Yuxarı Şilyan kənd uşaq bağçası-körpələr evi ilə bağlı yayılan səs yazısında əks olunan iddialarla bağlı məsələ İdarə tərəfindən nəzarətə götürülüb.


Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO