Tramp Rusiyanı cəzalandırmaq niyyətində deyil — WSJ

Tramp Rusiyanı cəzalandırmaq niyyətində deyil — WSJ

Hazırda oxunan: Tramp Rusiyanı cəzalandırmaq niyyətində deyil — WSJ

262193

ABŞ Prezidenti Donald Tramp Rusiyanın yaxın 10–12 gün ərzində döyüş əməliyyatlarını dayandırmaması halında nə kimi tədbirlər görəcəyini dəqiq açıqlamayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.

Xüsusilə qeyd olunur ki, Tramp Rusiyaya qarşı 100 faizlik tariflərin tətbiq ediləcəyini təsdiqləməkdən imtina edib. ABŞ lideri yalnız bu sözlərlə kifayətlənib:

"Bu, sanksiyalar və bəlkə də tariflər, ikincil tariflər olacaq."

Lakin ekspertlər skeptik yanaşırlar. Onların fikrincə, Trampın Hindistan və Çin kimi ölkələrə qarşı əlavə tariflər tətbiq etməsi ehtimalı azdır, çünki həmin ölkələr Rusiya nefti və mayeləşdirilmiş təbii qazının əsas alıcılarıdır.

Qeyd edək ki, Tramp son dövrlər Rusiyaya qarşı daha sərt siyasət aparacağına dair konkret mexanizmlər təqdim etmir və onun bu mövqeyi ABŞ daxilində də tənqidlərə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO