Hədəfimiz AZİ Universiteti brendi ilə lider universitetlərdən birinə çevrilməkdir - Rektordan AÇIQLAMA

Hədəfimiz AZİ Universiteti brendi ilə lider universitetlərdən birinə çevrilməkdir - Rektordan AÇIQLAMA

Hazırda oxunan: Hədəfimiz AZİ Universiteti brendi ilə lider universitetlərdən birinə çevrilməkdir - Rektordan AÇIQLAMA
262132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkədə bəzi universitetlər artıq daha yığcam, yaddaqalan və kommunikasiya baxımından daha əlverişli adlarla tanınmağa başlayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) adındakı mürəkkəblik isə ictimaiyyətlə ünsiyyətdə və beynəlxalq tanınmada müəyyən çətinliklər yaradır”.

Bizim.Media xəbər verir ki, bu sözləri ADNSU-nun rektoru, dosent Rüfət Əzizov AzEdu.Az təhsil portalına müsahibəsində bildirib.
 

Universitetimizin tarixinə nəzər salsaq, ötən əsrdə “Azərbaycan Sənaye İnstitutu” – Azİİ adı ilə regionda və qlobal miqyasda tanındığını görürük. Azİİ brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub.


Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir.
 

Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq. Məqsədimiz universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir.


"AZİ Universiteti" adı həm keçmişin mirasını qoruyur, həm də gələcəyin çağırışlarına cavab verən müasir elm və texnologiya mərkəzi obrazı yaradır”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO