“Musiqinin səsini azalt” dediyinə görə öldürüldü – Tovuzdakı dəhşətli qətlin TƏFƏRRÜATI

“Musiqinin səsini azalt” dediyinə görə öldürüldü – Tovuzdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Hazırda oxunan: “Musiqinin səsini azalt” dediyinə görə öldürüldü – Tovuzdakı dəhşətli qətlin TƏFƏRRÜATI

262074

Tovuzda 52 yaşlı kişinin öldürülməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mübahisə qonşular arasında yüksək səslə musiqiyə qulaq asmaq üstündə baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda 52 yaşlı kişi qətlə yetirildi


Belə ki, iyulun 26-da gecə saatlarında 1975-ci il təvəllüdlü Vasif Qurbanov qonşu evə qonaq gələn 24 yaşlı Elcan Həsənova uca səslə dinlədiyi musiqinin səsini azaltmağı xahiş edib.

Bu istək bir neçə dəfə davam edib. Sonradan tərəflər arasında mübahisə davaya çevrilib və E. Həsənov Vasif Qurbanova bıçaqla xəsarət yetirib.

Nəticədə V. Qurbanov bədənin kəsilmiş-deşilmiş yaraları ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, sonradan isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, V. Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO