Paralimpiyaçılarımız beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal QAZANDILAR - FOTO

Paralimpiyaçılarımız beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal QAZANDILAR - FOTO

Hazırda oxunan: Paralimpiyaçılarımız beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal QAZANDILAR - FOTO

261821

Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarının üçüncü yarış günündə parataekvondoçularımızın hər üçü fəxri kürsüyə çıxıblar.

Bizim.Media xəbər verir ki, Amin Əliyev (K44, 63 kiloqram) mübarizəyə yarımfinaldan start verib. İdmançı bu mərhələdə türkiyəli, finalda isə ispaniyalı rəqibini məğlub edərək qızıl medal qazanıb.

Amin Şıxalıyev (K44, 63 kiloqram) və İmran Bağırov (K44, 70 kq) isə bürünc medala yiyələnib.

14 yaşlı uzunluğa tullanma üzrə paraatlet Ayşə Arabova (T11) 3,47 metr nəticə ilə iştirak etdiyi ilk beynəlxalq turnirdə qalib olub.

Hüseyn İsmayılzadə (J2, 70 kiloqram) dairəvi formatda keçirilən yarışda türkiyəli və britaniyalı rəqiblərini məğlub edərək oyunlarının bürünc medalını qazanıb.

16 yaşlı paraüzgüçü Əli Vəliyev 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə yeniyetmələr arasında (2009-2010) bürünc medal əldə edib.

Qeyd edək ki, Milli Paralimpiya komandamız ötən gün Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO