“Qarabağ”ın zədəli futbolçularının durumu necədir? – Klubdan AÇIQLAMA

“Qarabağ”ın zədəli futbolçularının durumu necədir? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ”ın zədəli futbolçularının durumu necədir? – Klubdan AÇIQLAMA
261630
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə ciddi itkilərlə üzləşdi. 

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionunun futbolçuları - müdafiəçi Dani Bolt və yarımmüdafiəçi Leandro Andrade ikinci hissədə zədələnərək meydanı tərk etdilər. Futbolçuların son durumu ilə bağlı klubla əlaqə saxladıq.

Komandanın mətbuat katibi Anar Hacıyev Andradenin zədəsinin ciddi olmadığını bildirdi:
 

“Zədəli oyunçularımızdan ən ciddi durum Dani Boltdadır. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı həkim müayinəsindən sonra məlum olacaq. Leandro Andradenin zədəsi isə ciddi deyil. O, Bakıdakı oyunda iştirak edəcək. Yankoviç isə əksinə hələ zədəsini sağaltmayıb və “Şelburn”la cavab oyununu buraxmalı olacaq”.


Qeyd edək ki, "Qarabağ" İrlandiyada keçirilən oyunda "Şelburn"u 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasındakı cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO