Ukrayna Rusiyanın zavodlarına zərbə endirdi - ANBAAN VİDEO

Ukrayna Rusiyanın zavodlarına zərbə endirdi - ANBAAN VİDEO

Hazırda oxunan: Ukrayna Rusiyanın zavodlarına zərbə endirdi - ANBAAN VİDEO

261585

İyulun 25-də səhər saatlarında Rusiyanın sənaye obyektlərinə qarşı yeni pilotsuz təyyarə hücumları həyata keçirilib.

Bizim.Media xəbər verir ki, hücumlar kimya sənayesinə məxsus strateji müəssisələri hədəfə alıb.

İlkin məlumata əsasən, Stavropol diyarında yerləşən “Nevinnomyssk Azot” kimya zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Zavod regionda azot gübrələrinin əsas istehsalçısı olmaqla yanaşı, Rusiya iqtisadiyyatı və kənd təsərrüfatı üçün mühüm əhəmiyyətə malik sənaye obyektidir.
 

Bundan əlavə, Tambov vilayətində yerləşən “Kotovski Pudra Zavodu” da dron zərbələrinin hədəfi olub. Qeyd edək ki, bu müəssisə əsasən hərbi və sənaye məqsədləri üçün istifadə edilən partlayıcı maddələrin (barıt və pudra) istehsalı ilə məşğuldur. Hücum nəticəsində zavod ərazisində yanğın və dağıntıların olduğu bildirilir.


Xatırladaq ki, son aylar ərzində Ukrayna ilə müharibə fonunda Rusiya ərazisindəki bir sıra sənaye və hərbi obyektlər pilotsuz təyyarələrin hədəfinə çevrilib. Analitiklər bu hücumları Rusiyanın hərbi və iqtisadi infrastrukturuna yönəlmiş sistematik zəiflətmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər. (Haqqin.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO