Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub.
TƏBİB sədri Vüqar Qurbanovun bununla bağlı əmr imzaladığı bildirilir.
Qusar rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya bu barədə eşitdiklərini, hələlik rəsmi məlumatları olmadığı bildirilib.
Qeyd edək ki, Bizim.Media Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası ilə bağlı yazı dərc etmişdi.
Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.
Məsələ saytımızda ictimailəşəndən sonra TƏBİB həmin xəstəxanada baş verənləri nəzarətə götürmüşdü.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu