Qəbul planı 100 faiz dolan universitetlər açıqlandı - SİYAHI

Qəbul planı 100 faiz dolan universitetlər açıqlandı - SİYAHI

Hazırda oxunan: Qəbul planı 100 faiz dolan universitetlər açıqlandı - SİYAHI
261460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) təqdim edib.

Bizim.Media xəbər verir ki, DİM-dən bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri 100 faiz dolub.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyasında plan yerlədi 90 faiz və daha çox dolub.

Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə (40 faiz) Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İlahiyyat İnstitutuna aiddir.

Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak etmiş 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO