“Kəpəz” almaniyalı hücumçu ilə ANLAŞDI

“Kəpəz” almaniyalı hücumçu ilə ANLAŞDI

Hazırda oxunan: “Kəpəz” almaniyalı hücumçu ilə ANLAŞDI

261374

Ötən mövsüm "Şamaxı"da çıxış edən Leroy Mikels karyerasını Azərbaycanda davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Kəpəz" 30 yaşlı hücumçu ilə ilkin razılıq əldə edib.

Alman forvardla 1 illik anlaşma əldə olunub.

Qeyd edək ki, "Sabah"da çıxış edən Coy-Lens Mikelsin qardaşı olan Leroy Mikels ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO