Portuqaliyalı futbolçu “Yuventus”da qalacaq

Portuqaliyalı futbolçu “Yuventus”da qalacaq

Hazırda oxunan: Portuqaliyalı futbolçu “Yuventus”da qalacaq

261182

"Yuventus" ötən mövsüm "Portu"dan icarəyə götürdüyü Fransisko Konseysaunun transfer hüquqlarına yiyələnəcək.

Bizim.Media xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Yuventus" 22 yaşlı vinger üçün Portuqaliya klubuna 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Fransisko Konseysau ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO