“AzParking” tətbiqi ilə bağlı YENİLİK

“AzParking” tətbiqi ilə bağlı YENİLİK

Hazırda oxunan: “AzParking” tətbiqi ilə bağlı YENİLİK

261162

Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək məqsədilə “AzParking” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib.

Bu barədə Bizim.Media-ya AYNA-dan bildirilib.
 

Məlumata görə, bu funksiya sayəsində istifadəçilər mobil cihazda internet paketi bitsə belə “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.


Yenilik hazırda bütün mobil operatorlarının abunəçiləri üçün aktivdir. Mobil operatorlar üzərindən internet paketi olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər. Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsi ilə ödəniş etmək, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar daxildir.

Bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir.

Əgər istifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə mövcud deyilsə, funksiyadan istifadə mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO