Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR - VİDEO

Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR - VİDEO

Hazırda oxunan: Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR - VİDEO
260968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Real TV-nin baş direktoru, tanınmış jurnalist Mirşahin Ağayev Xankəndidən yayımlanan müəllif verilişində bir çox mətləblərə aydınlıq gətirib, sensasion açıqlamalarla çıxış edib.

Bizim.Media xatırladır ki, artıq 3 gündür ki, Qarabağda III Şuşa Qlobal Media Forumu keçirilir. Forumun açılışında Prezident İlham Əliyev də iştirak edib.

Xankəndidə Konqres Mərkəzində baş tutan açılış tədbirində Azərbaycan prezidenti medianın rolundan da danışaraq bildirib:

“Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”, - deyə dövlət başçısı bildirib.
 

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan mediası artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli reallıqdır.


Mirşahin Ağayev verilişində bu xüsusları önə çəkərək ona qarşı və ümumən Azərbaycan mediasının əsas simalarına qarşı olan təxribat xarakterli məlumatlardan danışıb.

O, eyni zamanda bu günlərdə Xural TV-nin rəhbəri Əvəz Zeynallının səsləndirdiyi bəzi məsələlərə də aydınlıq gətirib.

Musavat.com verilişdən həmin hissəni təqdim edir:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO