"Real"dan ayrılan Lukas Vaskes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Beşiktaş" azad agent statusunda olan ispaniyalı müdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə AS nəşri məlumat yayıb.
İstanbul nəhəngi Vaskesə müqavilə təklif edib. 34 yaşlı sağ cinah müdafiəçisi "Beşiktaş"a keçməyə isti yanaşır. Təcrübəli futbolçu ailəsi ilə məsləhətləşdikdən sonra yekun qərarını verəcək.
Qeyd edək ki, Lukas Vaskes ötən mövsüm "Real"ın heyətində 53 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
05:48 / 21.07.2025
“Real”dan ayrılan futbolçu “Beşiktaş”a keçə bilər
Hazırda oxunan: “Real”dan ayrılan futbolçu “Beşiktaş”a keçə bilər
Hazırda oxunan: “Real”dan ayrılan futbolçu “Beşiktaş”a keçə bilər
260893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.