“Qarabağ”ın yeni transferi nə qədər maaş alacaq?

“Qarabağ”ın yeni transferi nə qədər maaş alacaq?

Hazırda oxunan: “Qarabağ”ın yeni transferi nə qədər maaş alacaq?

260702

“Qarabağ” və "Dinamo”(Zaqreb) klubları arasında mərakeşli müdafiəçi Sami Mmaenin gözlənilən transferi ilə bağlı razılaşmanın təfərrüatları məlum olub.

Bizim.Media Xorvatiya mətbuatına istinadan xəbər verir ki, 28 yaşlı stoper icarə əsasında ölkə çempionunun formasını geyinəcək.

Mmaenin "Dinamo"dakı maaşı yüksək (illik 800 min avro) olduğu üçün "Qarabağ"la razılıq əldə edib.
 

Belə ki, mərkəz müdafiəçinin illik maaşının 70 faizini (560 min avro) Ağdam təmsilçisi, qalanını isə Zaqreb klubu ödəyəcək.


Mmaenin “Dinamo” ilə müqavilə müddəti 2027/28 mövsümünün sonuna kimi hesablanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO