Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub - FOTO

Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub - FOTO

Hazırda oxunan: Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub - FOTO

260658

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 

İki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, həmçinin sıx və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.


Nazirlər həmçinin çoxtərəfli platformalarda, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində məhsuldar əməkdaşlığı qeyd ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO