Saatlı rayonu ərazisində Araz çayında boğulan yeniyetmənin cəsədi tapılıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında tapılıb. Cəsəd müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsi üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:18 / 19.07.2025
Saatlıda yeniyetmə Araz çayında BOĞULDU - FOTO/VİDEO
Hazırda oxunan: Saatlıda yeniyetmə Araz çayında BOĞULDU - FOTO/VİDEO
Hazırda oxunan: Saatlıda yeniyetmə Araz çayında BOĞULDU - FOTO/VİDEO
260625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.