Qarabağa bu il fərdi minik avtomobilləri ilə 1 milyondan çox insan səfər edib

Qarabağa bu il fərdi minik avtomobilləri ilə 1 milyondan çox insan səfər edib

Hazırda oxunan: Qarabağa bu il fərdi minik avtomobilləri ilə 1 milyondan çox insan səfər edib

260058

Bu ilin I yarısında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müntəzəm avtobus marşrutları ilə 33.5 min nəfər səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu ilin 6 ayı ərzində işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə 3 475 reys həyata keçirilib. Fərdi minik avtomobilləri ilə isə səfər etmək üçün www.yolumuzqarabaga.az portalına müraciət edən 1 milyon 342 min 921 nəfərə icazə verilib.

Bu rəqəm ötən ilin ümumi göstəricisi ilə müqayisədə 2 dəfədən çoxdur. Belə ki, 2024-cü ildə portal üzərindən müraciət edən 647 min 918 nəfərə icazə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO