Bitcoin yeni rekorda imza atdı

Bitcoin yeni rekorda imza atdı

Hazırda oxunan: Bitcoin yeni rekorda imza atdı

259739

13 iyul tarixində bitcoinin qiyməti 119 min dolları keçərək tarixi maksimumunu yenilədi.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Binance kriptobirjasında yer alıb.

Gün ərzində kriptovalyutanın dəyəri 119 216 dollara qədər yüksəlib. Bakı vaxtı ilə saat 18:26-da isə bitcoin 119 015 dollar səviyyəsində ticarət olunub və bu, 1,37% artım deməkdir.

Bitcoin ilk dəfə 11 iyulda 118 min dollar həddini keçmişdi. Son bir ayda onun dəyərində 12,9% artım qeydə alınıb.

Analitiklər bu sıçrayışı, ABŞ prezidenti Donald Trampın kriptovalyuta bazarının inkişafı ilə bağlı təşəbbüsləri, eləcə də digər ölkələrin artan marağı ilə izah edirlər.

Bununla yanaşı, digər əksər kriptovalyutalar ilin əvvəlindən bəri 30–50% dəyər itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO