Çinə məxsus Honkonqda “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya həsr olunmuş muzey açılıb.
Bizim.Media xəbər verir ki, eksponatlar toplusu K11 İncəsənət və Mədəniyyət Mərkəzində yerləşir.
Muzeydə 40 yaşlı portuqaliyalının karyerası və uğurları ilə bağlı əşyalar, o cümlədən 2008-ci ildə qazandığı "Ballon d'Or" mükafatı nümayiş olunur.
Muzeydə 40-a yaxın eksponatın olduğu bildirilir. Ziyarətçilər həmçinin Ronaldonun uşaqlıq illərində Lissabondakı otağının surətini görə bilərlər, VIP bilet sahibləri isə Kriştianonun "YouTube" videolarını çəkdiyi studiyalara daxil ola biləcəklər.
Təşkilatçılar eyham vurublar ki, portuqaliyalı yaxın vaxtlarda muzeyə şəxsən baxmaq üçün gələcək. Sərgi 2026-cı ilin iyun ayına qədər davam edəcək və daha sonra materik Çinə keçəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:05 / 08.07.2025
Honkonqda Ronaldonun muzeyi açıldı – FOTO
Hazırda oxunan: Honkonqda Ronaldonun muzeyi açıldı – FOTO
Hazırda oxunan: Honkonqda Ronaldonun muzeyi açıldı – FOTO
258812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.