Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO

Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO

Hazırda oxunan: Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO
258326
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada baş verən qəzanın ilkin təfərrüatları bilinib.

Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi “KİA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2106”ya çırpılıb.
 

Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən ölüb.


Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KİA”nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO - foto 1
Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO - foto 2


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO