Beriyanın Tiflisdəki iqamətgahı bu qiymətə satıldı 

Beriyanın Tiflisdəki iqamətgahı bu qiymətə satıldı 

Hazırda oxunan: Beriyanın Tiflisdəki iqamətgahı bu qiymətə satıldı 

25711

Keçmiş SSRİ-nin daxili işlər naziri Lavrenti Beriyanın Tbilisinin yaxınlığındakı Kodjori qəsəbəsində yerləşən yay iqamətgahı (bağ evi) hərracda satılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib. 

Məlumata görə, ümumi sahəsi 22 min 560 kvadratmetr olan bağ evi 2 milyon 504 min lariyə (təqribən 800 min ABŞ dolları) satılıb.

Evi və bağ sahəsini “İboretel” investisiya şirkəti alıb. Şirkətin direktoru İvane Barbakadze mətbuata açıqlamasında deyib ki, iqamətgahın hansı məqsədlərə xidmət edəcəyi hələlik tam məlum deyil. Lakin bağ evinin yerləşdiyi ərazi əsrarəngiz təbiəti ilə seçilir. Ona görə də iqamətgahın binasından otel kimi istifadə ediləcəyi istisna edilmir. 

Qeyd edək ki, “Beriyanın daçası” kimi tanınan iqamətgah 1953-cü ildə onun gülləllənməsindən sonra SSRİ Daxili İşlər Nazirliyinin balansına keçib. SSRİ-nin süqutundan sonra xüsusi arxitekturası və gözəlliyi ilə seçilən bina boş və baxımsız qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO