İzmirdə güclü yanğın - Xəstəxana təxliyə edilib

İzmirdə güclü yanğın - Xəstəxana təxliyə edilib

Hazırda oxunan: İzmirdə güclü yanğın - Xəstəxana təxliyə edilib

254914

Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub.

Bizim.Media xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb.

Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb.

Əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub.

Yanğından havaya qalxan qara tüstü şəhərin bir çox yerindən müşahidə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO