"Milli mentalitet qanunlarımızın icrasına imkan vermir" - Razi Nurullayev

Hazırda oxunan: "Milli mentalitet qanunlarımızın icrasına imkan vermir" - Razi Nurullayev

254564

"Bizim qanunlar çox gözəldir və universal insan hüquqlarını özündə əks etdirir. Amma adət-ənənələrimiz, milli mentalitet dediyimiz bır sıra məsələlər onların həyata keçirilməsinə imkan vermir”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

 

Millət vəkili bildirib ki, qarşı tərəflərdən biri mentalitet, namus-qeyrət məsələlərinə istinad edərək alimenti ödəməmək üçün, digər tərəf isə alimentin məbləğinin artırılması üçün hər vasitəyə əl atır:

 

“Son zamanlar müraciət edənlərin sırasında kişilərin sayı çoxalıb. Bu, məni çox təəccübləndirir. Müraciət edənlər içərisində bir nəfər məhz alimenti ödəyə bilmədiyinə və qarşı tərəfin də onu məbləğin artırılması üçün daim məhkəməyə müraciət edəcəyi ilə təhdidinə görə intihara cəhd etmişdi. Mən şəxsi əlaqələr vasitəsilə onu rayondan Bakıya tez bir zamanda çatdıraraq həyatını xilas etdim. Hər zaman belə məsələlərdə qadınları müdafiə etmişəm və bu belə də olacaq. Uşaq varsa, boşanıb-boşanmamasından asılı olmayaraq, kişi ailə başçısı hesab olunur, ailəni kişi dolandırmalıdır və vəzifəsini yerinə yetirməlidir. Əslində, bu da tərəfimdən mentalitetə, adət və ənənələrə söykənən bəyanatdır”. 

 

R.Nurullayevin sözlərinə görə, ümumi olaraq, kişinin qazancının böyük hissəsi ailə və uşaqlarının qayğılarına xərclənir və orta hesabla kişi maksimum 20% qazancını özünə xərcləyə bilir. 

 

Firuzə Əliyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO