ABŞ prezidenti Donald Tramp Los-Anceles şəhərində baş verə biləcək dağıntıların onun əsgər göndərmək qərarı ilə qarşısının alındığını bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu fikirləri "Truth Social" sosial platformasında paylaşdığı açıqlamada qeyd edib.
Prezident deyib ki, son üç gecə ərzində şəhərə əsgər göndərməsəydi, Los-Ancelesin tamamilə yanacağı qaçılmaz olardı:
“Bu, 25 000 evin yandığı faciəvi vəziyyətə bənzərdi. Hər şey bacarıqsız qubernator və merin ucbatındandır,” – deyə Tramp bildirib.
O əlavə edib ki, federal hökumət tərəfindən yanan evlərin yenidən tikintisi üçün icazə prosesi demək olar ki, tamamlanıb, lakin şəhər və ştat səviyyəsindəki sadə prosedurlar ləngiyir və qarışıqlıq yaradılır.
“İnsanlar evlərini bərpa etmək istəyir. Gedin bacarıqsız qubernatorunuza və merinizə zəng edin! Federal icazələr artıq hazırdır!” – deyə ABŞ prezidenti vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:55 / 10.06.2025
Tramp: “Əsgər göndərməsəydim, Los-Anceles külə dönəcəkdi” - VİDEO
Hazırda oxunan: Tramp: “Əsgər göndərməsəydim, Los-Anceles külə dönəcəkdi” - VİDEO
Hazırda oxunan: Tramp: “Əsgər göndərməsəydim, Los-Anceles külə dönəcəkdi” - VİDEO
254008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.