Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ – FOTO

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ – FOTO

Hazırda oxunan: Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ – FOTO
253519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.

Bizim.Media xatırladır ki, sözügedən paylaşımda Mask Trampın adı olunan amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı sənədlərdə keçir:

"Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Tramp Epşteyn davasında iştirak edir. Bu, faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbidir. Gününüz xeyir, Donald Tramp!", - deyə Mask yazmışdı.

Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar 2002-2005-ci illər arasında onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın ziyarətini təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin malikənəsində azyaşlı qızlarla görüşdüyü iddia olunan çox sayda məşhur dövlət xadimləri, biznesmenlər və şou-biznes ulduzları var.

Xatırladaq ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaq niyyətini ifadə edib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib. Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO