Fernandu Santuş: “Bütünlüklə sabahkı oyuna köklənmişik”

Fernandu Santuş: “Bütünlüklə sabahkı oyuna köklənmişik”

Hazırda oxunan: Fernandu Santuş: “Bütünlüklə sabahkı oyuna köklənmişik”
253432
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Futbolçular təlim-məşq toplanışından əvvəl özlərini yaxşı tərəfdən göstəriblər".

Bizim.Media xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis sabah Latviya ilə keçiriləcək yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında komanda barədə məlumat verib: "Onlardan nələr tələb etdiyimi başa düşürlər. "Qarabağ" və "Sabah"ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik.
 

Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq".


Qeyd edək ki, Latviya - Azərbaycan matçı sabah Riqadakı "Skonto" stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO