Qazaxda 4 nəfərin öldüyü qəzanı törədən sürücü sərxoş imiş... – DƏHŞƏTLİ FOTOLAR

Qazaxda 4 nəfərin öldüyü qəzanı törədən sürücü sərxoş imiş... – DƏHŞƏTLİ FOTOLAR

Hazırda oxunan: Qazaxda 4 nəfərin öldüyü qəzanı törədən sürücü sərxoş imiş... – DƏHŞƏTLİ FOTOLAR

253236

Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumata görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

"Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, iyun ayının 5-də saat 3 radələrində Qazax rayonu, Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO