Rusiyada bazarda çalışan miqrantların BAŞI BƏLADA – QANUN qüvvəyə mindi

Rusiyada bazarda çalışan miqrantların BAŞI BƏLADA – QANUN qüvvəyə mindi

Hazırda oxunan: Rusiyada bazarda çalışan miqrantların BAŞI BƏLADA – QANUN qüvvəyə mindi

253160

2025-ci ildə Rusiya bazarlarında xarici vətəndaşların qeyri-qanuni işə cəlb edilməsi aşkarlanarsa, həmin obyektlər cərimələnəcək və fəaliyyətləri dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş İdarəsinin sənədlərində bildirilir. 
 

Baş İdarədən bildirilib ki, xarici işçi qüvvəsinin qanunsuz istismarı üçün məsuliyyət yalnız işəgötürənə deyil, qanunvericiliklə müəyyən olunmuş hallarda digər şəxslərə də şamil olunur. Buraya bazarın sahibi olan hüquqi şəxs – yəni bazarı idarə edən şirkət də daxildir."


Nazirlik izah edib ki, "Pərakəndə bazarlar haqqında" və "Rusiya Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanunun 14-cü maddəsinə əsasən, bazarda ticarət məqsədilə yer, anbar, yardımçı, inzibati-təsərrüfat və digər sahələri icarəyə götürən şəxslər xarici vətəndaşların əmək fəaliyyətinə cəlb edilməsinə dair qanunlara riayət etməlidir. Bu məsələyə bazarın idarəedici şirkəti nəzarət etməlidir.

Rusiya hökuməti hər il iqtisadiyyatın müxtəlif sahələri üçün xarici işçi qüvvəsinin yolverilən payını müəyyən edir.

“2025-ci ildə stasionar olmayan ticarət obyektləri və bazarlar üçün bu göstərici 0% təşkil edir”, – deyə DİN bildirib.

Bu tələbin pozulmasına görə bazarın idarəedici şirkəti Rusiya qanunvericiliyinə uyğun olaraq, o cümlədən Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 18.16-cı maddəsi (xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ticarət obyektlərində əmək fəaliyyətinə cəlb olunması qaydalarının pozulması) ilə məsuliyyətə cəlb edilə bilər.

Qanuna əsasən, bu cür pozuntuya görə 3 min rubldan 800 min rubla qədər cərimə və ya 14 gündən 90 günə qədər fəaliyyətin dayandırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO