ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO

ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO

Hazırda oxunan: ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO
252033
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor Ulyesbek Besterekovun xatirəsinə həsr olunmuş “Kimya texnologiyası və dayanıqlı inkişafın müasir çağırışları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfransda Azərbaycan, Qazaxıstan və Özbəkistanın aparıcı alimləri iştirak ediblər. Tədbir iştirakçıları kimya sənayesi, ekologiya və dayanıqlı inkişaf sahələrində aktual elmi məsələləri müzakirə ediblər.
 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov konfransın mövzusuna toxunaraq onun əhəmiyyətindən danışıb. O, qeyd edib ki, belə konfranslar universitetlər arasında əlaqələrin genişləndirilməsi və birgə elmi layihələrin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.


Plenar sessiyada “Mərkəzi Asiyada neft emalı sahəsinin gələcəyi”, “Ağır metalları aşkar etməyə yönəlmiş optik sensorlar”, “Su keyfiyyəti və təmizləmə texnologiyalarındakı innovasiyalar”, “Təbii polimerlər əsasında biosorbentlər” və “Qazma zənginliklərin səmərəli emal üsulları” mövzularında təqdimatlar olub və ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, konfrans elm və təhsil sahəsi üçün vacib platforma olmaqla yanaşı, həm də professor U.B. Besterekovun elmi irsinə ehtiram tədbiri kimi böyük əhəmiyyət daşıyır.

Konfrans çərçivəsində qonaqlar ADNSU-nun Tarix muzeyi, “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu və həmçinin ADNSU-nun və UFAZ-ın laboratoriyaları ilə tanış olublar. Onlar universitetin maddi-texniki bazasını yüksək qiymətləndiriblər.

ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 1
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 2
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 3
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 4
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 5
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 6
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 7
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 8
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 9
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 10
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 11
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 12
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 13
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 14
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 15
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 16
ADNSU-da beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTO - foto 17


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO