2025-ci il martın 3-də “Bakı Metropoliteni” QSC ilə tullantı yağlarının təkrar emalı sahəsində Azərbaycanda lider olan AzGreenOil brendi ilə tanınan EKOKAT MMC arasında strateji əməkdaşlığa dair müqavilə imzalanıb.
MÖVZU İLƏ BAĞLI:
Xəzər Dəniz Gəmiçiliyi tullantı yağlarının təkrar emalı üzrə AzGreenOil brendi ilə tanınan EKOKAT-la strateji əməkdaşlığa BAŞLADI
Bizim.Media xəbər verir ki, sənəd metropolitenin texniki bazasında istifadə olunan yağların təhlükəsiz şəkildə toplanması və AzGreenOil zavodunda təkrar emalı üzrə birgə fəaliyyətləri əhatə edir.
Müqaviləyə əsasən, istifadə olunmuş yağlar AzGreenOil-in Balaxanı Sənaye Parkında yerləşən və müasir texnologiyalarla təchiz edilmiş zavoduna təhvil veriləcək.
Burada bu yağlar sənaye standartlarına cavab verən, ekoloji cəhətdən təmiz və texniki baxımdan dayanıqlı sürtkü məhsullarına çevriləcək. Bu yanaşma həm ətraf mühitə mənfi təsirlərin azaldılmasına, həm də resurslardan səmərəli istifadəyə şərait yaradacaq.
Qeyd edək ki, AzGreenOil brendi EKOKAT MMC tərəfindən yaradılıb və Azərbaycanda tullantı yağlarının idarə olunması və təkrar emalı sahəsində dövlət qeydiyyatından keçmiş, rəsmi fəaliyyət göstərən yeganə qurumdur. Şirkətin Balaxanıdakı emal zavodu 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. AzGreenOil, ekoloji tarazlığın qorunması və dairəvi iqtisadiyyatın tətbiqi istiqamətində ölkəmizdə öncül mövqe tutur.
Bizim.Media