4 ay əvvəl seçilən bələdiyyə sədri İŞDƏN ÇIXDI

4 ay əvvəl seçilən bələdiyyə sədri İŞDƏN ÇIXDI

Hazırda oxunan: 4 ay əvvəl seçilən bələdiyyə sədri İŞDƏN ÇIXDI

250227

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.

Bizim.Media “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb.
 

O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.


Yeni sədr əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, işdən çıxan Orxan Adıgözəlzadə bu ilin yanvarında Sumqayıtın Bələdiyyə Sədri seçilmişdi.

O, Vətən Müharibəsi iştirakçısıdır, “Şuşanın azad olunmasına görə,” “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəfər” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO